Николай Гумилёв : ЭСС
Николай Гумилёв : электронное собрание сочинений.
http://gumilev.ru/
Камал Абдулла
Aqamemnonun döyüşçüsü

Mənim narahat ürəyim əsər,
Hər şey qorxulu və qəribədir.
Qalıb yaşamaq olarmı əgər,
Zərli yataqda ölübsə Atrid?

Bizə yuxuyla gələn nə vardı-
Bizim arzumuz, həyəcanımız.
Əksini təmiz su tək tapardı
Bu sakit üzdə hər bir anımız.

Gərilmiş əsəb, əzələydi o,
Hər dizində bir nağıl yatardı.
Buludlar qədər gözəl idi o,
Qızıl Mikenə hökmdardı.

Mən nəyəm - qədim küsü zərrəsi...
Güllükdə döyüş baltası oldum.
О ulu rəhbər Atrid öləsi,
Mən ləyaqətsiz qalası oldum.

0 təmiz sular məni çağınr,
Şəfəq sökülür - yenə ittiham.
Belə rəzalət ağırdan ağır,
Hökmdar ölüb, mən yaşayıram.

Источник: Kamalabdulla.az (http://kamalabdulla.az/asar_terc_ru.html)
Просьба обо всех замеченных ошибках и опечатках сообщать по адресу gumilev.ru@gmail.com
При использовании материалов сайта ссылка остается на вашей совести
1997-2012, «Николай Гумилёв : электронное собрание сочинений»
http://gumilev.ru/