
Николай Гумилёв : электронное собрание сочинений.
http://gumilev.ru/
Гейдар Оруджев
Şeir
Qaranlıq düşür... Sönməkdə ocaq.
Əli qoynunda tək dayanaraq,
Çox uzaqlara dikir gözünü,
O acı-acı deyir sözünü:
«Qərib ölkələr dərinliyinə
Karvanım getdi düz səksən günə,
Qorxulu dağlar, meşələr, hətta
Qəribə şəhər vardı uzaqda.
Gecələr sükut içində hərdən
Müdhiş ulamaq eşitmişəm mən.
Meşə qırmışıq, cığır salmışıq,
Şirləri görüb mat da qalmışıq.
Olmayıb bizdə qorxan həmin an,
Şiri gözündən almışıq nişan.
Qum altda qədim tapmışam məbəd.
Çay var adıma, ediblər hörmət.
Göllər elində beş tayfa gerçək
Dinlədi məni öz başçısı tək.
Zəifəm indi, ölür həvəsim,
Qəlbim xəstədir, həsrət xəstəsi.
İndi bilmişəm ki, qorxu nədir -
Budur dörd divar qəlbimi didir.
Nə beşatılan, nə də dalğalar
Bu buxovları çətin ki qırar...»
Gizləyib gözdə təntənəsini
Dinləyir qadın onun səsini.
Источник: translit.az (http://www.translit.az/)
Просьба обо всех замеченных ошибках и опечатках сообщать по адресу gumilev.ru@gmail.com
При использовании материалов сайта ссылка остается на вашей совести
1997-2012, «Николай Гумилёв : электронное собрание сочинений»
http://gumilev.ru/